Benqazidə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 33-ə çatıb

24-01-2018, 09:25           

Liviyanın Benqazi şəhərində verən iki partlayış nəticəsində ölənlərin sayı 33-ə çatıb.

Trend-in məlumatına görə, bundan əlavə 71 nəfər xəsarət alıb.

Qeyd edək ki, şəhərin Salman rayonunda 30 dəqiqə fərq ilə partlayıcı maddə ilə doldurulmuş 2 avtomobil partladılıb.

05:41

Liviyanın Benqazi şəhərinin Salman rayonunda 30 dəqiqə fərq ilə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Sky News Arabia telekanalı xəbər verir.

XXX

01:12

Liviyanın Benqazi şəhərinin Salman rayonunda 30 dəqiqə fərq ilə partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində 9 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru