ABŞ-da məktəbdə atışma olub: 2 ölü, 19 yaralı 24-01-2018, 09:27 ABŞ-ın Kentukki ştatında ali məktəbdə atışma olub.Trend-in məlumatına görə, bu barədə yerli polisin "Twitter" səhifəsində bildirilir.Məlumatda deyilir: "İki tələbə həlak olub. Biri qadın, biri kişi. Atəş açan şəxs tələbə olub. 15 yaşlı tələbə polislər tərəfindən saxlanılıb".Polisin məlumatına görə, atışma nəticəsində daha 19 nəfər yaralanıb. Facebook-da paylaş