Putin və Ərdoğan arasında telefon danışığı olub

24-01-2018, 09:30           

Rusiya və Türkiyə prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, tərəflər Suriyadakı və Türkiyənin "Zeytun budağı" əməliyyatı apardığı Afrin bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı olub. Dövlət başçıları Suriyadakı, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlar apardığı Afrin rayonundakı vəziyyətlə bağlı bağlı fikir mübadiləsi aparıblar. Hər iki tərəfdən böhranın Suriyanın suverenliyinə hörmət və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanan həlli üçün birgə fəal işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru