Çində yeni “Böyük sədd” inşa ediləcək

24-01-2018, 09:40           
Çində yeni “Böyük sədd” inşa ediləcək
Çinin Sincan (Sintszyan) Uyğur Muxtar Bölgəsində yeni “Böyük sədd” inşa ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgənin rəhbəri Şokrat Zakir bildirib.



Dövlət sərhədinin 5,7 min km hissəsində təhlükəsizliyin gücləndirilməsi ideyasını Şokrat Zakir ekstremizm, separatçılıq və terrorçuluğun xaricdən ölkəyə “idxalı”nın qarşısını almaqla əlaqələndirib.



“Biz çalışacağıq ki, əsas sahələrin sosial müdafiəsi və təhlükəsizliyinin təmin olunmasında boşluqlar tam aradan qaldırılsın”, - deyə Şokrat Zakir Urumçidə keçirilən 13-cü Regional xalq konqresinin sessiyasında çıxışı zamanı bildirib.



Ş.Zakir həmçinin təhlükəsizlik məqsədi ilə internet üzərində nəzarətin gücləndiriləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru