ABŞ MKİ direktoru: “Putin Rusiyanın əzəmətini bərpa etməyə çalışır”

24-01-2018, 09:41           
ABŞ MKİ direktoru: “Putin Rusiyanın əzəmətini bərpa etməyə çalışır”
ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin əzəmətini bərpa etməyə çalışır.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo deyib.



“Putinin niyyətlərinə dair fikrimiz dəyişməyib. O, hələ də hesab edir ki, XX əsrin ən böyük uğursuzluğu SSRİ-nin dağılması olub. O, əvvəlki SSRİ-nin şöhrətini və əzəmətini bərpa etmək niyyətindədir. O, hər gün bu fikirlə yuxudan oyanır, onun ikinci fikri isə təkrar prezident seçilməkdir”, - deyə Pompeo Vaşinqtonda çıxışı zamanı bildirib.



Pompeo Putinin fikirlərinə dair məlumatı haradan aldığını açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru