Ayın kraterindən UNO qalxdı: Son illərdə ən keyfiyyətli - Video

24-01-2018, 10:45           

Mazatlan ştatının Sinaloa şəhərində yaşayan meksikalı Dieqo Avilez Aydan qalxan kosmik gəminin keyfiyyətli videogörüntüsünü qeydə alıb.

Teleqraf.com cəbər verir ki, astronom Dieqo videokameralı teleskopdan təkcə səmanı seyr etməkçün yox, qarşısına çıxan ən maraqlı halları qeyd etmək üçün istifadə edir.

Bir sıra görkəmli ufoloqlar hesab edir ki, sözügedən video son illərin ən uğurlu görüntüsüdür. Videoda yadplanetli gəmisinin hərəkəti son dərəcə aydın nəzərə çarpır, hətta, UNO-nun Ayda hansısa kəsikdən – şlüzdən çıxıb hansısa naməlum istiqamətə, çox ehtimal ki, Yerə doğru uçduğu görünür.

“Açıq-aydın görünür ki, bu uçan uzunsov aparat Yerdəkilərə bənzəyən raketdir, sürəti sadəcə heyrətamizdr, onun Ayın səthindən qalxması isə zərrəcə şübhə doğurmur, Selenanın qaranlıq fonunda UNO çox yaxşı görünür”, - kosmik araşdırmaçılar qeyd edib.

Skeptiklər isə məsələyə ayrı cür yanaşaraq, həmin aparatın ən adi Yer raketi olduğunu iddia ediblər.

Görüntünü təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.