24 yaşlı oğlan 8 qız uşağını zorlayıb, öldürdü

24-01-2018, 17:53           

Zorlanaraq öldürülən 7 yaşlı Zeynəbin və başqa 7 qız uşağının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Uzun müddətdir axtarışda olan, tapılmadığına görə ölkədə etiraz aksiyalarının keçirilməsinə səbəb olan şübhəlinin adı Məhəmməd İmrandır. Onun 24 yaşı var. O, Zeynəbi zorlayıb öldürdüyü Kasur vilayətində saxlanılıb.

Onu ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, Pakistanda yanvar ayının 5-də itkin düşən Zeynəb təcavüzə uğradıqdan sonra boğularaq öldürülüb. Pakistanda qızın təcavüzə uğradığı xəbərini eşidən sakinlər etiraz aksiyası keçiriblər. Yüzlərlə etirazçı günahkarların tutulmasını tələb edib.

///Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru