Bu dəfə it adamı deyil, adam iti dişlədi və həbs olundu

24-01-2018, 22:27           

ABŞ-ın Nyu-Hempşir ştatında bir adam polis itini dişlədiyi üçün həbs olunub.

“Tendensiya.com” xarici mətbuata istinadən xəbər verir ki, Boskeyvn qəsəbəsində yerli polis evlərindən birindən silah səsi gəldiyi ilə bağlı şikayət aldıqdan sonra həmin evə basqın edib. Basqın zamanı polis evdəki 2 nəfəri borcları ödmədikləri üçün həbs edib.

Tutulan şəxslərdən biri polisə müqavimətini fərqli şəkildə nümayiş etdirərək, polis itini dişləyib. Polisdən verilə açıqlamaya görə, kimliyi açıqlanmayan şəxs sonradan şok cihazı ilə sakitləşdirilib. O, K9 polis itini dişlədiyi və polisə müqavimət göstərdiyi üçün həbs olunub.

İt sonradan müayinə olunduqdan sonra vəzifəsinə qaytarılıb.

Polis departamentindən isə bildirilib ki, bir polis iti ilə yarışsanız, uduzarsınız.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.