AŞPA-da insan hüquqları üzrə yeni müvəkkil seçildi
25-01-2018, 00:28
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında insan hüquqları üzrə yeni müvəkkil seçildi. AŞ-nın insan hüquqları üzrə müvəkkili vəzifəsinə Dünya Miyatoviç (Bosniya və Herseqovina) seçildi. Müvəkkil vəzifəsinə namizədlərin siyahısında Goran Klemençiç (Sloveniya) və Pyer-yves le Borgenin (Fransa) adları da vardı.