Rusiyada yaşayış binasında partlayış olub, 11 nəfər xəsarət alıb

25-01-2018, 09:00           
Rusiyada yaşayış binasında partlayış olub, 11 nəfər xəsarət alıb
Rusiyanın Yekaterinburq şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.



APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, nəticədə 5-i uşaq olmaqla 11 nəfər xəsarət alıb.



İlkin məlumata görə, mənzillərdən birində qaz partlayıb. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzillərdən birində iki 5 litrlik qaz balonu aşkarlayıblar.



Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.