Satıcısı və kassası olmayan ilk mağaza

25-01-2018, 09:28           
Satıcısı və kassası olmayan ilk mağaza
“Amazon” şirkəti dünyada kassa və satıcısı olmayan ilk mağaza istifadəyə verib. İndi rəflərdə qurulmuş skanerlərin köməyi ilə pul alıcının hesabından çıxılacaq. İlk belə supermarket Siyetldə açılıb.

Teleqraf.com xəbər verir ki, telefona xüsusi ödənişsiz mobil proqram quraşdırmadan “Amazon” şirkətinin mağazasında alış-veriş etmək mümkün deyil. Alıcı mağazaya daxil olmazdan öncə öz smartfonunu skanerə yaxınlaşdırmalıdır. Bundan sonra alıcı rəflərdən lazım olan məhsulu götürə və nəhayət, mağazanı tərk edə bilər. Bütün alış-verişin dəyəri istifadəçinin hesabından avtomatik çıxılacaq. Həmçinin məhsulu geri qaytarmaq mümkündür və bu halda həmin məhsulun dəyəri alıcının hesabından çıxılmayacaq.

Belə supermarketin yaradılması zamanı sürücüsüz avtomobillərin yaradılmasında istifadə edilmiş texnologiyalar tətbiq edilib.

“Amazon” şirkətinin yeni mağazası 2016-cı ildə istifadəyə verilmişdi, amma yalnız şirkətin əməkdaşları üçün sınaq rejimində fəaliyyət göstərirdi.

ABŞ şirkəti başqa şəhər və ölkələrdə də belə mağaza açmağı planlaşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.