Çində 9 saatdan az vaxtda qatar stansiyası inşa edilib

25-01-2018, 21:53           

İşçi qüvvəsi və əzmkarlıq nəticəsində təxminən 1500 çinli tikinti işçisi dəmir yolu stansiyasını 9 saatdan az vaxtda inşa edib.

Pear Video tərəfindən bölünən video görüntülərdə Lonqyan dəmir yolu stansiyasının tikintisi nümayiş etdirilib.

Dövlətə məxsus “The People's Daily” qəzeti tikintinin 9 saatdan da az zamanda başa çatdığını bildirib.

Lonqyan stansiyası Yanqtze çayının deltası ilə Pearl çayının deltasını birləşdirən dəmir yolu layihəsinin bir hissəsidir.

Dəmir yolunun bu ilin sonu fəaliyyət göstərməyə başlayacağı ehtimal edilir.
amerikanınsesi.orq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru