DƏHŞƏT: Məhbusları küçədə insanların gözləri qarşısında güllələdilər - VİDEO

25-01-2018, 22:39           

Liviyanın Benqazi şəhərində məhbusları küçədə - camaatın gözləri qarşısında güllələyiblər.

Publika.az xəbər verir ki, hadisənin görüntülərini “Al Arabiya” nəşri dərc edib.

Kadrlarda göy rəngli iş paltarında və gözləri bağlı 9 kişi görünür. Daha sonra onların qanlar içində yerdə uzandıqları göstərilir. Güllələnmədən sonra cəsədləri pikaplara yükləyərək insanların qışqırıqlarının altında aparıblar.

Nəşr yazır ki, güllələnmə yanvarın 23-də terror aktı törədilən məscidin qarşısında icra edilib. Terror aktında 35 nəfər həlak olmuşdu.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru