Böyük Britaniya "Brexit"-dən sonra yeni ticarət ittifaqları ilə sövdələşəcək

26-01-2018, 09:01           
Böyük Britaniya "Brexit"-dən sonra yeni ticarət ittifaqları ilə sövdələşəcək
Böyük Britaniyanın "Brexit" işləri üzrə naziri Devid Devis Midlsboro şəhərinə edəcəyi səfəri çərçivəsində rəsmi Londonun "Brexit"-dən sonra keçid dövrünə aid planları barədə danışacaq.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Avropa Birliyi (AB) ilə Gömrük İttifaqında iştirak bizi ticarət sazişləri barədə rəsmi danışıqların aparılması və ya imzalanmasından saxlamamalıdır", - deyə nazir bildirib.

Bununla belə o, yeni ticarət sazişlərinin "Brexit"in implementasiya (həyata keçirilməsi-red) dövrü bitənədək qüvvəyə minməyəcəyini bildirib. Nazirin sözlərinə görə, Böyük Britaniya son 40 il ərzində ilk dəfə yeni saziş imzalamaq imkanı əldə edib.

Qeyd edək ki, ölkə 2019-cu ilin 29 martında Avropa Birliyini tərk edəcək. Britaniyanın qurumdan çıxması ilə bağlı sazişin şərtlərinin həyata keçirilməsi üçün keçid dövrü barədə razılaşmanın martın sonunadak əldə olunacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.