Almaniya Türkiyəyə silah ixracını dayandırmaqla nələri itirdi? - Rəqəmlər AÇIQLANDI

27-01-2018, 00:39           

Almaniya hökuməti Afrin əməliyyatına görə, Türkiyəyə silah ixracını dayandırıb.

A24.Az xəbər verir ki, Almaniya Xarici İşlər Naziri Ziqmar Qabriel Berlinin Suriyanın şimalında hərbi münaqişəyə görə çox narahat olduğunu dilə gətirib.

“Biz koalisiya danışıqlarının necə nəticələnəcəyini bilmirik. Ona görə də, kritik məsələlərin müzakirəsini təxirə salırıq”, – deyə nazir bəyan edib. Z. Qabriel əlavə edib ki, Almaniya münaqişə zonalarına silah göndərə bilməz və bunu etməyəcək. Bu səbəbdən Almaniya “Leopard” tanklarının modernləşdirilməsi üzrə proqramı və Türkiyəyə silah ixracını dayandırıb.

Türkiyə qarşı silah ixracı daha əvvəl dayandırılıbmı?

Türkiyə ordusunun istifadə etdiyi, Almaniya istehsalı olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı bu ölkə hökuməti ilə Türkiyə arasında razılıq əldə edilib. 2016-cı ilin noyabrından iki ölkə arasındakı siyasi gərginliklə əlaqədar bu razılaşma və Türkiyəyə silah satışı 11 dəfə dondurulmuş, lakin ötən həftələrdə gərginliyin azalmasından sonra yenidən həyata keçiriləcəyi açıqlanmışdı.

Bildirilir ki, Almaniya silah ixrac etdiyi ölkələr daxil olmaq müharibə aparan ölklərə silah satmır.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində təşkil olunan “Zeytun budağı” əməliyyatında alman istehsalı “Leopard” tanklarından istifadəsi Almaniyada kəskin narazılığa səbəb olub. “Leopard” tanklarının modernləşdirilməsi üzrə proqrama və Türkiyəyə silah ixracınıa dair yekun qərarın isə Almaniyada yeni hökumət formalaşdırıldıqdan sonra verilməsi gözlənilir.

“Türkiyə son 20 ildir Almaniyanın silah ticarəti etdiyi ən əhəmiyyətli ölkələrdən biri mövqeyindədir”

Almaniyanın 2017-ci il yanvar ayından etibarən Türkiyəyə 25 milyon avro silah satışı etdiyi açıqlanıb. Ümumiyyətlə Türkiyə son 20 ildir Almaniyanın silah ticarəti etdiyi ən əhəmiyyətli ölkələrdən biri mövqeyindədir. Almaniya 2015-ci ildə Türkiyəyə satdığı silahlardan 39 milyon avro ixracat gəliri əldə edərkən, 2016-ci ildə bu nisbət iki dəfədən çox artıb. 2016-ci ildə Türkiyə Almaniyanın müdafiə sənayesi ixracatı etdiyi ölkələr arasında 20-ci sırada iştirak edərkən, Berlin 84 milyon avroluk bir ixracat gəliri əldə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.