Tramp Yaxın Şərqdəki əməliyyatlara xərclənən vəsaitin məbləğini açıqlayıb

27-01-2018, 00:23           
Tramp Yaxın Şərqdəki əməliyyatlara xərclənən vəsaitin məbləğini açıqlayıb
"Ötən ilin dekabr ayına olan məlumatlara görə, ABŞ Yaxın Şərqdəki əməliyyatlara 7 trilyon dollar xərcləyib”. Məlumata görə, bunu CNBC telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib. “Bu çox böyük xərclərdir. Biz hələ də oradayıq, mən İŞİD-ə qalib gəldim. Biz yaxşı iş gördük. Lakin xərclərin yüksək olması məyusedici faktdır”, - deyə o vurğulayıb. Bununla belə Tramp sözügedən xərclərin konkret hansı dövrü əhatə etdiyini dəqiqləşdirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru