Amsterdamın mərkəzində atışma, ölən və yaralananlar var
27-01-2018, 09:34
Niderlandın paytaxtı Amsterdamın mərkəzində atışma baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Polis insidenti araşdırır, atəş açan şəxs saxlanılmayıb.