Netanyahu Holokostda polşalıların günahının olduğunu deməyə qoyulan qadağaya etiraz edib

28-01-2018, 09:15           
Netanyahu Holokostda polşalıların günahının olduğunu deməyə qoyulan qadağaya etiraz edib
İsrailin baş naziri Binyamin Netanyahu Polşada polşalıların II Dünya müharibəsi illərində yəhudilərin məhv edilməsində iştirakına dair ifadələrə görə cinayət məsuliyyətinin tətbiq edilməsinə qarşı çıxıb.

“Report” xəbər verir ki, o bunu öz "Facebook" səhifəsində yazıb.

"Qanun əsassızdır. Mən qəti olaraq buna qarşıyam. Tarixi dəyişmək olmaz, Holokostu inkar etmək yolverilməzdir", - deyə o bildirib.

Netanyahunun sözlərinə görə, o, İsrailin Varşavadakı səfirinə bu mövqeyini Polşa hakimiyyətinə çatdırmaq barədə göstəriş verib.

Bundan əvvəl Polşa Seymi (Parlamentin Aşağı palatası) Milli Yaddaş İnstitutu haqqında qanuna düzəlişlər paketini qəbul edib. Düzəlişlər polşalıların Holokost da daxil olmaqla, nasist Almaniyasında törədilən cinayətlərdə iştirak etdiyini deyənlərin 3 il müddətinə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru