Britaniya şahzadəsi ABŞ prezidentini toyuna dəvət etməyib

28-01-2018, 09:24           
Britaniya şahzadəsi ABŞ prezidentini toyuna dəvət etməyib
ABŞ prezidenti Donald Tramp Britaniya şahzadəsi Harri və onun nişanlısı – amerikalı aktrisa və fotomodel Meqan Marka əmin-amanlıq arzu edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

"Mən onların xoşbəxt olmasını istəyirəm. Mən həqiqətən istəyirəm ki, onlar xoşbəxt olsunlar. Onlar bir-birilərinə çox yaraşırlar", - deyə Amerika lideri bildirib.

Jurnalist müsahibə zamanı xatırladıb ki, şahzadənin nişanlısı ABŞ-da prezident kampaniyası zamanı Trampın rəqibi Hillari Klintonu dəstəkləyib, milyarderin özünü isə qadın düşməni və "ədavət toxumu səpən" adlandırıb.

"Yaxşı, mən yenə də ümid edirəm ki, onlar xoşbəxt olacaqlar", - deyə ABŞ prezidenti təkrar edib.

O həmçinin toya dəvət almadığını bildirib:

"Mən, hər halda, bu barədə heç nə bilmirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.