Rusiyada kütləvi etirazlar başladı: Həbslər var - Foto

28-01-2018, 15:25           

Rusiyada müxalif blogger Aleksey Navalnının tərəfdarlarının etiraz aksiyası başlayıb.

Axar.az xəbər verir ki, “Seçicilərin tətili” adlanan aksiyalarda əsas hədəfin seçiciləri martda keçiriləcək prezident seçkisinə getməməyə səsləmək olduğu bildirilib. Aksiyalar demək olar ki, bütün ölkə ərazisində keçirilib. Artıq Uzaq Şərqdəki etirazlar başa çatıb. Burada şiddətli şaxtalara rəğmən aksiyalar baş tutub.

Əksər şəhərlərdə aksiyalara yerli administrasiyalar tərəfindən izn verilməyib. Samara, Kemerova, Cənubi Saxalinsk kimi şəhərlərdə Navalnı tərəfdarları həbs edilib.

İlkin məlumatlara görə həbs olunanların sayı 19 nəfəri keçib. Ən çox həbs Kemerova şəhərində qeydə alınıb. Burada Navalnının yerli qərargahının koordinatoru Kseniya Paxomova da daxil olmaqla 15 nəfər saxlanılıb. Bundan başqa İrkutsk şəhərində bir, Samarada isə minimum 3 nəfərin saxlanıldığı bildirilib. Çelyabinskdə isə polis mitinqə yaşı 18-dən az olanları buraxmaqdan imtina edib.

Navalnı tərəfdarlarının Moskva və Sankt-Peterburqda da aksiyaları planlaşdırılır. Bu aksiyaların heç biri şəhər rəhbərlikləri ilə razılaşdırılmayıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.