Tramp: ABŞ "Brexit"dən sonra Britaniya üçün böyük ticarət tərəfdaşı olmağa hazırdır

29-01-2018, 09:24           

ABŞ "Brexit"dən sonra Britaniya üçün böyük ticarət tərəfdaşı olmağa hazırdır.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp britaniyalı teleaparıcı Pirs Morqana mesahibəsi zamanı deyib.

D.Tramp bildirib: "Biz bilirik ki, siz ikiillik müddətlə məhdudlaşdırılmısınız (Britaniyanın Aİ-dən 2019-cu ilin martında çıxana qədər),.. amma biz Böyük Britaniya ilə müqavilə bağlayacağıq. Biz sizin üçün böyük ticarət tərəfdaşı olacağıq".

Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqından 2019-cu ilin mart ayının 29-da çıxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru