Moskva-Dubay aviareysində siqaret çəkən qadın təyyarədən endirilib

29-01-2018, 09:36           
Moskva-Dubay aviareysində siqaret çəkən qadın təyyarədən endirilib
Moskvadan Dubaya uçmağa hazırlaşan aviareysin qadın sərnişini siqaret çəkdiyinə görə polis tərəfindən təyyarədən endirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi federal dairə üzrə Nəqliyyat İdarəsinə istinadən TASS məlumat yayıb.

Hadisə yanvarın 28-də Vnukovo hava limanında baş verib. Polisə göyərtədə bir qadının siqaret çəkdiyi və hava gəmisi komandirinin tələblərinə tabe olmadığı barədə məlumat verilib.

19 yaşlı Yakutsk sakini barəsində inzibati protokol tərtib edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru