“Putinin əmrinə tabe olmaram” deyib lovğalanan general Makaryan haqda fərman verildi

29-01-2018, 14:34           
“Putinin əmrinə tabe olmaram” deyib lovğalanan general Makaryan haqda fərman verildi
Ermənistan prezidenti Serj Sərkisyan general-mayor Andranik Makaryanı silahlı qüvvələrin Baş qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsinə təyin edib.

Virtualaz.org xəbər verir ki, Sərkisyanın digər fərmanı ilə general Makaryan Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı vəzifəsindən azad olunub.

Bu həmin general Makaryandır ki, Ermənistan ordusunun Naxçıvan istiqamətində dislokasiya olunmuş 5-ci ordu korupsunun komandanı idi və eyni zamanda rus-erməni birləşmiş qoşun qruplaşmasına da komandanlıq edirdi. Həmin vəzifəyə təyin olunanda jurnalistlər general Makaryandan rus-erməni qoşun qruplaşmasının Qarabağda mümkün tətbiqi barədə soruşmuşdular. Çünki birgə qoşun qruplaşmasına dair müqaviləyə əsasən hərbi dövrdə bu qüvvələrdən istifadə Rusiya prezidentinin əmri əsasında mümkün ola bilər. Makaryan isə lovğalanaraq belə cavab vermişdi ki, birləşmiş qoşun qruplaşmasını Qarabağa da yeridə bilər və bu zaman Rusiya prezidenti Putinin dayanmaq barədə əmrinə tabe olmaz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru