“Moskva məni hər an öldürə bilər...” - Vaxtilə 15 milyardı olan iş adamı

29-01-2018, 22:28           
“Moskva məni hər an öldürə bilər...” - Vaxtilə 15 milyardı olan iş adamı
“Əgər dəfələrlə Putinin düşmənlərinin zorakı ölümlə dünyadan köçdüyünü nəzərə alsaq, vaxtilə 15 milyard dollar vəsaiti olan Mixail Xodorkovski kifayət qədər sərbəst görünür”.

Moderator.az xəbər verir ki, bunu “Sunday Times” nəşrində dərc olunmuş məqaləsində Piter Konradi yazır.

Qəzetdə qeyd edilir ki, Xodorkovksi ilə müsahibə bütövlükdə P.Konradinin “Rusiyanı kim itirdi: dünya soyuq müharibəyə necə daxil oldu?” (“Who Lost Russia, How the World Entered a New Cold War”) adlı yeni kitabına daxil edilib.

“Həyatımın 10 ilini elə bir vəziyyətdə keçirmişəm ki, məni istənilən gün, özü də çox asan və problemsiz öldürə bilərdilər” - deyə keçmiş yəhudi əsilli milyarder öz müsahibəsində bildirir:

“Düşünmürəm ki, Putinin məhz indi məni öldürmək arzusu var. Ancaq bu o demək deyil ki, sabah onun belə bir arzusu baş qaldırmayacaq. Moskva məni hər an öldürə bilər...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.