Məktəbin həyətində CİNAYƏT - Kürəkən keçmiş qayınatasını GÜLLƏLƏDİ

29-01-2018, 22:33           

Portuqaliyanın Nazar şəhərində məktəbin həyətyanı ərazisində şagirdlərdən birinin qohumları arasında silahlı insident olub.

Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə səhər baş verib. Məhkəmənin qərarı ilə oğlunu görmək hüququ qazanan ata məktəbə gəlib. Bundan xəbər tutan sabiq həyat yoldaşı və onun 67 yaşlı atası da məktəbə gəlib. Tərəflər arasında münaqişə sonda ölümlə nəticələnib. Uşağın atası babasına bir bıçaq, 4 güllə vurub. 67 yaşlı baba xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İnsident nəticəsində məktəb bağlanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru