Dünyanın ən böyük qızıl üzüyü SƏRGİDƏ - FOTO

30-01-2018, 09:03           

Yerli KİV-lərin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Şarcə əmirliyindəki “Sahara Centre”də dünyanın ən böyük qızıl üzüyü sərgilənir.

Publika.az xəbər verir ki, “Najmat Taiba” adlı üzüyün çəkisi 64 kiloqramdır və 5,1 kiloqram qiymətli daşlar və brilyant, habelə 615 ədəd “Swarovski” kristalı ilə bəzədilib.

2000-ci ildə “Najmat Taiba” öz alıcısına cəmi 547 min dollara başa gəlmişdi. Bu gün isə üzüyün qiyməti təqribən 3 milyon dollara çatır.

Dubayın “Taiba” şirkətinə məxsus bu üzüyü 55 mütəxəssis 45 gün müddətində və gündə 10 saat işləməklə hazırlayıb. (Azərtac)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru