Rusiya prezidenti Vladimir Putin Moskvada birgünlük səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahuya hədiyyə verib.
Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, Putin məşhur alman Oskar Şindlerin məktubunu Netanyahuya təqdim edib. Şindler İkinci Dünya müharibəsində yəhudilərə hərtərəfli dəstək verməsiylə tanınıb.
Rusiya dövlətinin başçısının sözlərinə görə, bu, Oskar Şindlerin həyat yoldaşına yazdığı məktubun orijinalıdır.