"ABŞ sanksiyalarla Moskvanı qorxuda bilməz"

30-01-2018, 11:22           
"ABŞ sanksiyalarla Moskvanı qorxuda bilməz"
“ABŞ-ın tətbiq etməyə çalışdığı sanksiyalar mənasızdır. Moskvanı bu yolla qorxutmaq mümkün deyil”.

APA-nın xəbərinə görə, bu sözləri Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoliy Antonov “Rusiya-24” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu sanksiyaların heç bir sonu yoxdur.

“İndi dediyim şeylər şüar deyil, bu, həqiqətən də belədir. Maraqlıdır ki, Rusiyaya qarşı bu sanksiyaları tətbiq edən siyasətçilər, insanlar, bizim quyruğumuzu gizlədərək öz mövqelərimizi müdafiə etməyəcəyimizi düşünürlər?”, -deyə səfir əlavə edib.

Qeyd edək ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar məxfi brifinq keçirilib. Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun müzakirə olunub.

Qeyd edək ki, 2017-cı ilin iyulunda ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ prezidenti avqustun 1-də qanun layihəsini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru