Moskva Birjası lirə ilə əməliyyatlara başlayıb

30-01-2018, 12:03           
 Moskva Birjası lirə ilə əməliyyatlara başlayıb
Moskva Birjası türk lirəsi ilə əməliyyatlara başlayıb və ilk gün 1,5 mln. rubl (26 790 dollar) həcmində əqd həyata keçirilib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Moskva Birjasının Pul və "Forex" bazarları Departamentinin müdiri İqor Mariç hesab edir ki, "Forex" bazarı istiqamətində maliyyə alətlərinin inkişaf etdirilməsi, Rusiya ilə Türkiyə arasında ticarət fəaliyyəti həyata keçirən iş adamları üçün yeni imkanlar yaradıb.

"Rusiya ilə Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 40% artaraq 20 mlrd. dollara çatıb. Valyuta bazarında rubl və lirənin qarşılıqlı olaraq alqı-satqısının inkişaf etdirilməsi onların rolunun artmasına səbəb olacaq", - deyə İ.Mariç bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru