Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi - Bu xəstəliklərin qarşısı alına bilmir

31-01-2018, 00:17           
Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi - Bu xəstəliklərin qarşısı alına bilmir
Dünyanın həm yoxsul, həm də zəngin 22 ölkəsindən olan yarım milyon insanda antibiotiklərə davamlılığın artması müşahidə olunur. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri müvafiq məlumatın mikrob əleyhinə preparatlara davamlılıq üzrə Qlobal epidemioloji nəzarət sistemi tərəfindən əldə edildiyini söyləyiblər.

teref.az axar.az-a istinadən xəbər verir ki, bakteriyalar arasında antibiotiklərə əks-təsir göstərən bağırsaq çöpü, salmonella, həmçinin qızılı stafilokok və digər təhlükəli xəstəliklərdir. DST-nin nümayəndəsi Mark Sprenger deyib: "Məruzə təsdiqləyir ki, antibiotiklərə davamlılıq problemi çox ciddidir. Ən çox yayılan və ən təhlükəli yoluxmaların dərmanlara qarşı davamlı olması müşahidə edilir. Patogenlərin milli sərhəd tanımaması isə xüsusi narahatlıq doğurur. Məhz buna görə DST bütün ölkələri etibarlı olan əks-təsirin izlənmə sisteminə qoşulmağa çağırır ki, buradan da məlumatlar qlobal sistemə ötürüləcək".

Hazırda Qlobal epidemioloji nəzarət sistemindən 52 ölkə istifadə edir. Sistem vərəm istisna olmaqla, ən təhlükəli xəstəlik törədicilərinin əks-təsirini izləyir. Məsələ orasındadır ki, vərəm çöplərinin davamlılığı üzərində müşahidə artıq neçə illərdir aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru