Qara dənizdə GƏRGİN ANLAR: RUS QIRICISI…

31-01-2018, 21:36           
Qara dənizdə GƏRGİN ANLAR: RUS QIRICISI…
Rusİyaya məxsus Su-27 təyyarəsi ilə Qara dənizdəki sərhədlərinə yaxınlaşan ABŞ-a aid EP-3 təyyarəsi arasında gərgin anlar yaşanıb. Su-27-nin müdaxiləsindən sonra EP-3 təyyarəsi istiqamətini dəyişdirib.

Rusiyaya məxsus Su-27 təyyarəsi Qara dənizdə ABŞ-ın EP-3 təyyarəsinə müdaxilə edib. ABŞ təyyarəsinin Rusiyanın hava məkanını pozmasının qarşısını almaq üçün müdaxilənin zəruri olduğunu bildirən Rusiya Müdafiə Nazirliyi, Su-27-nin Amerikanın casus təyyarəsini istiqamətini sərhəddən dəyişənə qədər təhlükəsiz məsafədə təqib etdiyini bildirib.
ABŞ Müdafiə Nazirliyi isə Rusiyanın Su-27 təyyarəsinin Qara dənizdə Lockheed EP-3 təyyarənə mane olduğu anların 4 dəqiqəlik bir videosunu yayıb.
Müdaxilənin təhlükəsiz olmadığını və 2 saat 40 dəqiqə davam etdiyini irəli sürən Pentaqonun məsələ ilə bağlı açıqlamasında, "Su-27, EP-3-ə 1.5 metr yaxınlıq məsafəsində uçmaqla təhlükə yaradıb " deyə, qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru