Məhşur iş adamının gəmisi qayaya çırpıldı - Özündənsə xəbər yoxdur... VİDEO

1-02-2018, 00:33           
Məhşur iş adamının gəmisi qayaya çırpıldı - Özündənsə xəbər yoxdur... VİDEO
Bütün dünyada məşhur olan idman geyim markası "Quiksilver"in İdarə Heyətinin Başçısı Fierre Aqnes Fransanın Bayonne kəndi yaxınlığında Atlantik okeanında yoxa çıxıb.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Landes qubernatoru tərəfindən verilən açıqlamada onun səhər saatlarında gəmisiylə okeana çıxdığı və 09:17-də gəmisini qayaya çırpdığı bildirilib.

Artıq axtarış üçün çalışmaların başlandığı və ilk etapda 4 dəniz,2 helekopter axtarış-xilasedici qruplarının çalışdığı bildirilib.

54 yaşlı məşhur geyim markasının sahibi duman olması səbəbilə gec dönəcəyini bildirib və sonra onunla əlaqə tamamilə kəsilib. Fransız külək sörfü komandasının keçmiş üzvü olan Aqnes 1998-ci ildə girdiyi Quiksilver şirkətində 2005-ci ildə Avropa bölgəsi, 2014-cü ildə isə dünya üzrə İdarə Heyətinin Sədri seçilmişdi. O, bu ay verdiyi açıqlamada külək sörfü və digər idman geyimlərində ən böyük rəqibi olan Avstraliyanın "Billabonq" markasını satın alacağını söyləmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.