Iranda “quş qripi”nə görə 21 milyon toyuq məhv edilib

1-02-2018, 13:14           

Iranda "quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib

Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib.

Ə. Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə "quş qripi” virusu aşkarlanıb.

Bir çox ölkənin "quş qripi” ilə mübarizə apardığını deyən Ə.Rafipur qeyd edib ki, İranın 16 əyalətində "quş qripi” müşahidə edilib.

Məhv edilən toyuqların 73 faizinin yumurtalayan toyuqlar olduğunu açıqlayan Ə.Fariipur Qum, İsfahan və Yəzd əyalətlərində "quş qripi”nə yoluxma hallarının daha çox müşahidə olunduğunu vurğulayıb.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru