Ölkənin məxfi sənədləri şkafla birgə satıldı

2-02-2018, 09:01           
Ölkənin məxfi sənədləri şkafla birgə satıldı
Avstraliyalı Kanberre şəhərindəki mebel mağazasından içi məxfi sənədlərlə dolu iki ədəd şkaf alıb. Şkaf alıcıya endirimlə çatıb. Çünki onlar qapalı idi və heç kim açarları tapa bilmirdi. Avstraliyalı şkafı satın alandan sonra qıfılı drelin köməyi söküb.



Mebel Avstraliya Nazirlər Kabinetinin sənədləri ilə dolu olub. Demək olar ki, bütün sənədlərin üzərində məxfiliyi ilə bağlı xəbərdarlıqlar yer alıb və xüsusi qeydlər olub. Bu sənədlərin arasında Avstraliyanın kontrterroristik əməliyyatlarla bağlı planlar da yer alıb. Bundan başqa, xüsusi xidmət orqanlarının hesabatları, hərbi əməliyyatlar da sənədlərdə öz əksini tapıb.



Şkafın sahibi isə bu sənədləri birbaşa mediaya ötürüb. Bu da öz növbəsində ciddi qalmaqala səbəb olub. Media bundan sensasiya düzəldərək, iki eks baş naziri, eləcə də parlament üzvünü qaralayıb. Avstraliya hakimiyyəti isə içi məxfi sənədlərlə dolu olan sözügedən şkafın necə mebel mağazasına düşə biləcəyini araşdırmağa başlayıb.



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru