MSK Peskovu danladı - Putinə görə

2-02-2018, 15:53           
MSK Peskovu danladı - Putinə görə
Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova Rusiya prezidenti Valdimir Putinin mətbuat katibi Dmitri Peskova irad tutub.

Trend-in məlumatına görə, E.Pamfilova bunu belə izah edib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlara icazə verilmir.

MSK sədri konkret fakta da istinadən edərək təşviqat aparıldığını bildirib: "Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birini qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb... Orada dəqiq təşviqat var”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru