Fransada helikopter qəzası: Beş ölü

2-02-2018, 16:38           

Fransanın cənubunda yerləşən Var departamentində iki hərbi təyyarə qəzaya uğrayıb. Azı beş nəfərin həlak olduğu xəbər verilir.

Bu barədə Oxu.Az Meduza-ya istinadən məlumat yayıb.

Yerli prefektura rəsmilərin məlumatına görə, helikopterlər piyada qüvvələrinin aviasiya məktəbinə aid olub. Qəzanın səbəbləri barədə məlumat verilmir. Eyni zamanda, helikopterlərin havada toqquşmadan qəzaya uğrayıb-uğramadığı bəlli deyil.

Qəzaya uğrayan hava texnikasının “Gazelle” tipli çoxtəyinatlı helikopterlər olduğu bildirilir. Helikopterlər Kars gölü yaxınlığında yerə çırpılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru