İranda qadınlar kütləvi şəkildə həbs olunur

2-02-2018, 16:39           

İranda icbari hicab qaydasına etiraz olaraq keçirilən aksiyada iştirak etmiş 29 qadın həbs olunub.

Oxu.Az Ren TV-yə istinadən xəbər verir ki, saxlanılan fəallar ictimai asayişi pozmaqda ittiham olunur.

Etirazçılar çərşənbə günü Tehran küçələrinə axışıb. Nümayiş dekabrda Tehranın İnqilab prospektində baş örtüyünü çıxararaq, onu bayraq kimi əlində yelləmiş Vida Mövahidin etiraz aksiyasından ilhamlanıb. Bəzi nümayiş iştirakçıları ona dəstək olaraq internetə baş örtüyü olmadan çəkdirdikləri videogörüntüləri yerləşdirib.

Qadın hüquqları ilə bağlı etirazlar İranın 1979-cu il İslam inqilabından bəri ən kütləvi analoji aksiyasına çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru