İranın dövlət televiziyası ölkəni bir-birinə qatdı

3-02-2018, 00:43           

İran dövlət televiziyasına dəvət alan qadın ekspertlərdən biri çıxışında qalmaqala səbəb olan açıqlamalar verib.

teref.az xəbər verir ki, ekspert evli qadınlara verdiyi məsləhəti ilə tamaşaçıların qəzəbinə tuş gəlib.

“Əgər əriniz narkotik aludəçisidirsə və şiddətə məruz qalırsınızsa, ərinizin ayaqlarını öpün və həyatınızda möcüzənin şahidi olun. Belə etsəniz, ərinizin stresi daha az olar və infarkt keçirməsinin qarşısını ala bilərsiniz”, – deyə o bildirib.

Bu sözlərindən sonra ekspert sosial şəbəkələrdə kəskin şəkildə tənqid olunub. Gərginliyin artması səbəbindən kanal bütün tamaşaçılardan üzr istəyib. /Qaynarinfo.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru