İranda 4,2 bal gücündə zəlzələ baş verib 3-02-2018, 09:42 İranın mərkəzi bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Ravar şəhərindən 65 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş