ABŞ konqresmenləri “Rusiya işi” üzrə araşdırmada FTB-nin pozuntularına dair sənəd yayıblar

3-02-2018, 09:45           

ABŞ Konqresi Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsi Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdırarkən səlahiyyətlərini aşdıqlarına dair məruzə yayıb.



APA-nın xəbərinə görə, bu barədə Fox News məlumat verib.



Məlumata görə, bundan əvvəl ABŞ prezidenti Donald Tramp sənədin yayılmasına razılıq verib.



Məruzədə ABŞ Ədliyyə nazirliyi və FTB-nin fəaliyyətlərində qeyri-qanuni hərəkətlərin narahatlıq doğurduğu vurğulanıb. “Misal üçün, FTB prezident Trampın seçkiqabağı qərargahının sabiq müşaviri Karter Peyc qanuni əsaslar olmadan izləyib”, məlumatda deyilir.



Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru