RUSİYA SURİYADA “SU-25″İN VURULMASINDAN SONRA CAVAB HÜCUMU EDİB, 30 TERRORÇU ÖLDÜRÜLÜB

4-02-2018, 01:08           
RUSİYA SURİYADA “SU-25″İN VURULMASINDAN SONRA CAVAB HÜCUMU EDİB, 30 TERRORÇU ÖLDÜRÜLÜB
Rusiya silahlı qüvvələri Suriyada “Su-25” bombardımançı təyyarəsinin vurulmasından sonra “Nüsra cəbhəsi” terror qruplaşmasının yaraqlılarına cavab zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə hərbi idarənin məlumatında bildirilir.

İdlib əyalətində terrorçuların nəzarəti altında olan və Rusiya qırıcısına səyyar zenit raket kompleksindən atəş açılan əraziyə yüksək dəqiqlikli silahlar ilə qrup şəklində zərbə endirilib.

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya hərbçilərinin zərbəsi nəticəsində 30-dan çox terrorçu öldürülüb.

Rusiya təyyarəsi şənbə günü İdlib əyalətində vurulub. Pilot katapult etsə də, terrorçularla döyüşdə öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.