İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər

4-02-2018, 10:07           

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.



“ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması müqaviləsinə zidd olaraq, nüvə silahından ciddi asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti tam məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək dünyanın sonuna daha çox yaxınlaşmışıq”, - deyə Məhəmməd Cavad Zərif qeyd edib.



“ABŞ prezidenti Donald Trampın İrana dair Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin ağılsızlıqdan irəli gəlir”, - deyə M.Cavad Zərif qeyd edib.



Qeyd edək ki, fevralın 2-də dərc edilən yeni nüvə doktrinada ABŞ Rusiya, Çin və KXDR-i Asiya-Sakit Okean regionunda təhlükə adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru