Qərbi Afrika sahillərində 22 dənizçinin olduğu tanker itib

4-02-2018, 11:07           
Qərbi Afrika sahillərində 22 dənizçinin olduğu tanker itib
Göyərtəsində 22 hind dənizçinin olduğu “Marine Express” tankeri Qərbi Afrika sahillərində itib.

teref.az “Report”a istinadən xəbər verir ki, Panamada qeydiyyatdan keçən gəminin heyət üzvləri ilə iki sutkadan artıqdır əlaqə yoxdur.

Sonuncu dəfə onlardan informasiya tanker Benin sahillərində lövbər salarkən daxil olub.

NDTV telekanalının məlumatına görə, gəmi sahiblərinin tankerin yük və pul üçün piratlar tərəfindən qaçırıla biləcəyini istisna etmirlər. Çünki tankerdə 8,1 milyon dollarlıq 13,5 min ton neft olub.

Hindistanın Gəmiçilik Nazirliyi tankerin axtarışına kömək etmələri üçün Benin və Nigeriyanın rəsmi şəxslərinə müraciət ünvanlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru