Vurulan rus təyyarəsinin pilotu vətən xaini çıxdı – Foto

4-02-2018, 13:57           

Suriyada vurulan rus qırıcısının pilotu Simferopolda doğulan Roman Filippov adlı şəxs olub.

Axar.az xəbər verir ki, Filippovun əvvəllər Ukrayna ordusunda xidmət etdiyi və Krımın Rusiya nəzarətinə keçməsindən sonra orduda qaldığı bildirilib.

Ukrayna mətbuatı Filippovu vətən xaini adlandırıb.

Məlumata görə, vurulan rus Su-25 qırıcısının pilotunun kimliyi cibindən tapılmış məktubla müəyyən edilib. Təyyarənin Krımdakı Belbek aerodromuna aid olduğu bəlli olub.

Sosial şəbəkələrdə həmçinin mərhum pilotun sənədləri və silahlarının da fotoları yayılıb.

Qeyd edək ki, sözügedən aerodrom işğaldan sonra Krımı tərk edərək ölkəsinə qayıdan və hazırda Ukraynanın millət vəkili olan Yuli Mamçur tərəfindən idarə olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru