Anastasiadis Kiprdə keçirilən prezident seçkilərində qalib gəlib
5-02-2018, 01:44
Kiprin hazırkı prezidenti, sağ mərkəzçi Demokratik Birləşmə Partiyasının lideri Nikos Anastasiadis prezident seçkilərində qalib gəlib. Muxalifet.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə ölkənin DİN-i səslərin 100 faizinin hesablanmasından sonra bildirib. Seçicilərin fəallığı 73,97 faiz təşkil edib. Məlumatda qeyd olunur ki, Kiprin yeni prezidentinin adı rəsmən “Tassos Papadopulos” stadionunda keçiriləcək mərasimdə elan ediləcək.