Çində qayıq formasında 24 metrlik qədim sərdabə aşkarlanıb

5-02-2018, 08:47           
Çində qayıq formasında 24 metrlik qədim sərdabə aşkarlanıb
Çinin cənub-şərqindəki Sıçuan vilayətində tikinti işləri zamanı qayığı xatırladan 24 metr uzunluğunda qədim sərdabə aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bu, ölkə ərazisində aşkarlanan bütün analoji tapıntılardan ölçülərinə görə ən böyüyüdür. Mütəxəssislər vurğulayırlar ki, sərdabə Qərbi Xan sülaləsi dövrünə (eramızdan əvvəl 202-ci il - bizim eranın 8-ci ili) aiddir.

Alimlərin fikrincə, sərdabə 2 mindən çox il əvvəl yaşamış qədim xalqların dəfn mədəniyyətinə aid ola bilər. Çünki məhz onlar ölülərin "tabut-qayıqlar"da dəfni adətinə riayət edirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru