İranda ABŞ-a casusluq edən şəxs azadlıqdan məhrum olunub

5-02-2018, 08:48           
İranda ABŞ-a casusluq edən şəxs azadlıqdan məhrum olunub
İran məhkəməsi ABŞ-ın xeyrinə casusluq edən şəxsi azadlıqdan məhrum edib.

"Report"un məlumatına görə, bu barədə TASS "Mehr" agentliyinə istinadən xəbər verib.

Tehranın baş prokuroru Abbas Cəfəri Datalabadinin bəyanatında bildirilir ki, casus İranın nüvə məsələləri barədə informasiyaları Avropa ölkələrinə və ABŞ-a ötürmək üçün Amerika kəşfiyyatçıları ilə 9 dəfə görüşüb. O, 6 il müddətinə azadlıqdan məhrum olunub.

Onun casusluq yolu ilə əldə etdiyi bütün maddi sərvətləri müsadirə olunub.

Agentlik söhbətin hansı Avropa ölkələrindən getdiyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru