İraqın hakimiyyət orqanları Səddam Hüseynin qızını axtarışa verib

5-02-2018, 08:49           
İraqın hakimiyyət orqanları Səddam Hüseynin qızını axtarışa verib
İraqın hakimiyyət orqanları ilk dəfə ən çox axtarılan cinayətkarların siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb.

Siyahıda 60 şəxsin, o cümlədən keçmiş prezident Səddam Hüseynin İordaniyada olan böyük qızı Raqadın da adı var.

Siyahıda İŞİD-in 28 səhra komandiri, "Əl Qaidə"nin 12 başçısı, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildə buraxılmış BƏƏS-in funksionerləri barədə informasiyalar və ittihamlar var.

Həmin şəxslər arasında hazırda yeri hələlik məlum olmayan İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin adı yoxdur.

Mənbə telekanala bildirib ki, ittiham edilənlər İraqdan kənardadırlar. Onların ekstradisiyası məsələsi İnterpolla birlikdə həll ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru