Çindən ABŞ-a nüvə xəbərdarlığı: Dayandır, əks halda...

5-02-2018, 10:14           
Çindən ABŞ-a nüvə xəbərdarlığı: Dayandır, əks halda...
Çin Müdafiə Nazirliyi ABŞ-la bağlı sərt bəyanat yayaraq Vaşinqtondan Soyuq müharibə ritorikasını dayandırmağı tələb edib.

Bəyanatda ABŞ-ın Çinin milli müdafiə və mənafeyini diqqətə alması istənilib.

“ABŞ Soyuq müharibə ritorikasından əl çəkməli, nüvə silahlarının zərərsizləşdirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməli və Çinin müdafiə ilə bağlı hərbi təkmilləşməsinə obyektiv yanaşmalıdır”, - açıqlamada bildirilib.

Qeyd edək ki, Pentaqonun açıqlamasında ABŞ-ın Soyuq müharibə dövründə istifadə etdiyi qanadlı raketlərin modernləşmiş formasını yenidən sınaqdan keçirəcəyi vurğulanıb.(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru