ALMANİYA NƏHAYƏT ETİRAF ETDİ

5-02-2018, 22:12           

teref.az yazır ki, BBC-nin yaydığı xəbərə görə, Almaniyanın Daxili Kəşfiyyat Xidmətinin Konstitutsiyanı Qoruma Təşkilatının başçısı Hans Georq Maassen Şimali Koreyanın nüvə və raket proqramları üçün texnologiya və və ləvazimat əldə eləmək məqsədi ilə Berlindəki səfirliyindən istifadə etdiyini, lakin alman rəhbərliyinin bu fəaliyyətlərin qarşısını aldığını bildirib.

Lakin Şimali Koreyanın bu istiqamətdə fəaliyyətinin tam nəzarət altında olmadığını qeyd edən Maassen deyib: “Texnoloji materialları əldə eləmək üçün göstərilən səylərin çoxunun səfirlik vasitəsi ilə edildiyindən xəbər tutmuşuq. Bizim fikrimizcə, bu raket və nüvə proqramı üçün nəzərdə tutulan texnologiya idi. Biz belə hadisələrdən xəbər tutan kimi qarşısını alırıq. Lakin, hər bir cəhdin aşkara çıxıb əngəllənəcəyinə təminat vermirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru